İrakli Kobaxidze: “Xarici agentlər haqqında” qanuna qarşı aparılan kampaniya rüsvayçılıqdır

0

Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Xarici agentlər haqqında” qanuna qarşı aparılan kampaniyanı rüsvayçılıq adlandırıb.

“Report”un yerli bürosu xəbər verir ki, Baş nazir bu barədə jurnalistlərə açıqlama verib.

“Hər bir ölkə öz suverenliyinə önəm verir. Kanadada, təbii ki, şəffaflıq haqqında qanunun qəbulu xarici təsirlərin qarşısının alınmasına və ölkənin suverenliyinin qorunmasına xidmət edir. Buna əsaslanaraq Gürcüstanda şəffaflıq qanununa qarşı aparılan kampaniya tam bir fars idi. Kanada nümunəsi bunun daha bir bariz təsdiqidir. Heç bir arqument olmadan qanunu tənqid etmək sadəcə olaraq rüsvayçılıqdır”, – İrakli Kobaxidze bildirib.

Qeyd edək ki, Kanada Senatı iyunun 19-da xarici müdaxiləyə qarşı mübarizəni nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »