100 kv.metr ərazini güzəştə gedə bilərik – Paşinyan

0

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı referendum keçirilə bilər. Amma hələlik iki ölkə arasında sərhədlər keçmiş SSRİ dövründə olan xətt üzrə bərpa olunur.

İctimai Rəy AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyan söyləyib.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası məsələsində Azərbaycan ilə Ermənistan arasında yeni razılaşmanın əldə olunması istisna edilmir. Elə bir vəziyyət yarana bilər ki, məsələn 100 kvadratmetr Ermənistan və ya 100 kvadratmetr Azərbaycan biri-birinə güzəştə getsin. Amma bu məsələ Ermənistanda referendum yolu ilə həll olunacaq.

Paşinyan deyib ki, sərhədlərin delimitasiyasının növbəti mərhələsi Sünik tərəfdən başlaya bilər. Hazırda tərəflər reqlament üzərində işləyirlər. Sənəd təsdiq olunduqdan sonra qərar qəbul olunacaq.

“Dünəndən Sünik rayonundayam, həm sərhədyanı, həm də qeyri-sərhəd yaşayış məntəqələrində onlarca görüş keçirmişəm. Göründüyü kimi, sülh gündəmi real Ermənistanın gündəmidir və bu xalqımıza aydındır. Bu çox vacibdir. Bu, o deməkdir ki, biz nə etdiyimizi və nə üçün etdiyimizi xalqımıza çatdıra bilmişik”, – deyə Paşinyan vurğulayıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »