Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) siyasətini rəy sorğusunda iştirak edənlərin 19 faizi dəstəkləyib.
“Report” “Asahi” nəşrinə istinadən xəbər verir ki, bu göstərici 2001-ci ilin aprelindən ilk dəfə olaraq 20 faizdən aşağı düşüb.
May ayında keçirilən əvvəlki sorğu zamanı respondentlərin 24 faizi LDP-ni dəstəkləyib.
Sorğuda iştirak edənlərin 64 faizi Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi hazırkı Yaponiya hökumətinin siyasətini bəyənmədiyini bildirib. Əvvəlki sorğuda bu rəqəm 62 faiz idi.
Hakim partiyanın reytinqləri LDP üzvlərinə qarşı əsasən iş adamlarının verdiyi ianələrin bir hissəsinin mənimsənilməsinə dair ittihamlarla bağlı son qalmaqallar fonunda aşağı düşüb.