Məkkədə Həcc ziyarəti zamanı 14 iordaniyalı zəvvar ölüb, 17 nəfər itkin düşüb

0

Məkkədə Həcc ziyarəti zamanı 14 İordaniya vətəndaşı ölüb.

İctimai Rəy Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İordaniyanın xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

Əməliyyatlar və konsulluq idarəsinin rəisi səfir Sufyan Əl-Qüdə bildirib ki, ölən 14 zəvvarın cənazələrinin daşınması prosedurunun başlaması üçün Səudiyyə Ərəbistanı ilə təmasdadır. Eyni zamanda, itkin düşən 17 nəfərin axtarışları davam etdirilir.

Ölümün səbəbləri açıqlanmır, lakin əvvəllər altı təbəənin istilər nəticəsində öldüyü qeyd olunub.

Səudiyyə Ərəbistanı Baş Statistika İdarəsinin məlumatına görə, bu il həcc ziyarətində 1,8 milyondan çox insan iştirak edəcək.

Səudiyyə rəsmiləri daha əvvəl xəbərdarlıq ediblər ki, builki rituallar zamanı temperatur 48 dərəcə istiyə çata bilər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »