Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanı Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin üçüncü ildönümü münasibətilə təbrik edib.
Hakan Fidan bu barədə “X” hesabında paylaşım edib.
“Can Azərbaycanın Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin üçüncü ildönümü mübarək olsun!
Türkiyə ilə Azərbaycan köklü dostluq və sarsılmaz qardaşlıq telləri ilə bir-birinə bağlı olan iki dövlətdir. Şuşa Bəyannaməsi ilə möhkəmlənən bu birliyimiz regionumuzda sülhün və sabitliyin təminatı kimi qalmağa davam edəcək.
Dostluq və qardaşlığımızın “Bir millət, iki dövlət” devizi ilə əbədi olmasını arzu edirəm”, – deyə nazir paylaşımda qeyd edib.