İtaliyanın baş naziri Makronun siyasi oyunlarından narazıdır

0

İtaliyanın Baş naziri Ciorcia Meloni Fransa Prezidenti Emmanuel Makronun Böyük Yeddilik (G7) sammiti çərçivəsində apardığı “siyasi oyunlardan” narazıdır.

Məlumata görə, Meloni ilə Makron arasında kifayət qədər çətin münasibətlər İtaliyada keçirilən G7 sammitində daha da pisləşib.

Buna yekun bəyanatda abortla bağlı müddəanın yer alması səbəb olub. Fransa prezidenti açıq şəkildə təəssüfləndiyini bildirsə də, bu müddəa son anda sənəddən çıxarılıb.

Qeyd edək ki, Fransada abort hüququ mart ayında konstitusiya ilə rəsmiləşdirilib. Meloni isə bəyan edib ki, dövlət anaların özlərini analıq sevincindən məhrum edərək abort etməmələri üçün onlara dəstək olmaq məqsədilə hər şeyə hazırdır.//Oxu.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »