Ermənistan parlamentinin binası yaxınlığında müxalifət fəalları ilə toqquşma zamanı azı 17 polis əməkdaşı yaralanıb.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu İrəvan polis idarəsinin rəisi, general-mayor Sevan Koçaryan deyib.
Tibb mərkəzlərinə ümumilikdə 79 mülki şəxs və polis əməkdaşı müraciət edib.
Qeyd edək ki, polis iyunun 12-də İrəvanın Baqramyan prospektində etirazçıları dağıtmaq üçün xüsusi vasitələrdən, o cümlədən səs bombalarından istifadə edib. Öz növbəsində İstintaq Komitəsi kütləvi iğtişaşların təşkili maddəsi ilə cinayət işi başladıb.