Niderland hökuməti Ukrayna üçün dronların alınması və istehsalı üçün 60 milyon avro ayırıb.
“Report” xəbər verir ki, bu barədə Qərbi Avropa ölkəsinin müdafiə naziri vəzifəsini müvəqqəti icra edən Kaysa Ollonqrenin Ukraynaya səfərinin yekunlarına dair press-relizdə bildirilib.
Niderlandın hərbi qurumu qeyd edib ki, ayrılan vəsaitin 20 milyon avrosu bu ilin əvvəlində yaradılmış beynəlxalq koalisiyanın xətti ilə FPV-dronların alınmasına, daha 17,5 milyon avrosu isə dəniz dronlarının alınması üçün nəzərdə tutulub.
“Ukrayna öz ölkəsində bu tip dronlar istehsal edə bilər, ona görə də Niderland da bu maliyyə töhfəsi ilə yerli biznesi stimullaşdıracaq… Qalan vəsait digər növ dronların alınmasına sərf olunacaq”, – o qeyd edib.
Xatırladaq ki, daha əvvəl Niderlandın Baş naziri vəzifəsini müvəqqəti icra edən Mark Rutte Ukrayna Bərpa Konfransında çıxışı zamanı ölkəsinin Kiyevə 138 milyon avro ayırdığını açıqlamışdı.