Pakistanın ilk gey-klubunu açmağa cəhd edən şəxs məcburi müalicəyə göndərilib.
Məlum olub ki, pakistanlı ölkənin şimalındakı mühafizəkar şəhər olan Abbottabadda klub yaratmaq üçün müraciət edib.
Halbuki ölkədə eynicinsli münasibətlər qanunla qadağandır və günahkarları iki ildən ömürlüyədək həbs cəzası gözləyir.
Səlahiyyətlilər kişini psixiatriya xəstəxanasına göndəriblər.
Hadisə sosial şəbəkələrə sızaraq yerli sakinləri və siyasətçiləri hiddətləndirib. Bildirilib ki, klubun açılmasına icazə verilərsə, “çox ciddi nəticələr” olacaq.//Oxu.az