Fransa Ermənistanla hərbi sahədə əməkdaşlığı GENİŞLƏNDİRİR

0

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryanla Fransa Quru Qoşunlarının komandanı Pyer Şill arasında görüş keçirilib.

Bu barədə “Sputnik-Armenia” məlumat yayıb.

Qeyd olunub ki, Almaniyada Avropa ölkələrinin quru qoşunları komandanlarının konfransı çərçivəsində yüksək rütbəli hərbçilər arasında danışıqlar baş tutub.

Görüşdə təcrübə mübadiləsi və şəxsi heyətin hazırlanması sahəsində əməkdaşlığın gələcək inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

Əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılıq əldə olunub.//musavat.com//

Leave A Reply

Your email address will not be published.

Tərcümə »