Bakıda məktəbli qız faciəli şəkildə ölüb.
İctimai Rəy Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Cəfər Xəndan küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.
Orada yaşayan 2015-ci il təvəllüdlü Nərmin Əliyeva 9-cu mərtəbədə yerləşən mənzilin eyvanından yıxılıb.
Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.