Ukrayna ilə bağlı konfransda Türkiyəni Hakan Fidan təmsil edəcək

0

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçrədəki Ukrayna ilə bağlı konfransında Ankaranı təmsil edəcək.

“Report”un xəbərinə görə, bu barədə “TRT Haber” telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Türkiyə hakimiyyəti hələlik görüşdə ölkəni kimin təmsil edəcəyini rəsmən açıqlamayıb.

İsveçrədəki konfransa Türkiyə xarici işlər naziri İtaliyadan gələcək və burada Prezident Rəcəb Tayyib Ərdoğanı “Böyük Yeddilik” (G7) sammitində müşayiət edəcək. Tədbir iyunun 13-15-nə planlaşdırılıb.

Xatırladaq ki, Fidan bazar ertəsi Rusiyaya səfər edəcək və burada Nijni Novqorodda BRİCS+ xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »