Rusiya XİN KTMT-nin büdcəsinə düzəlişlərin edilməsi zərurətini açıqlayıb

0

Ermənistanın ödənişdən imtina etməsini nəzərə alaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) cari il üçün büdcəsinə düzəliş etmək lazımdır.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

KTMT-nin maliyyələşdirilməsinin dayandırılması barədə qərar daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan tərəfindən açıqlanıb.

O qeyd edib ki, İrəvan təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının 23 noyabr 2023-cü il tarixli “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarına qoşulmaqdan çəkinəcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »