İrkutsk aviasiya zavodu Yak-130 döyüş təlim təyyarələrinin yeni partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.
İctimai Rəy axar.az-a istinadən bildirir ki, bu barədə zavoddan məlumat verilib.
Qeyd edək ki, Yak-130 təlim-döyüş təyyarəsi manevr qabiliyyəti və radioelektron avadanlıqların müasir kompleksi ilə seçilir. Təyyarədə döyüş vəziyyətinə yaxın şəraitdə “hava-hava” və ya “hava-yer” silahlarının simulyasiya edilmiş və ya real istifadəsini məşq etmək mümkündür.