El arasında belə fikir var ki, adında “R” hərfi olmayan aylarda balıq yemək olmaz.
Bəs bu fikir nəyə əsaslanır və deyilənlər həqiqətdirmi?
Alıcılar arasında balığın bu aylarda daha faydalı olduğunu deyənlər də var, dadına görə il boyu balıq yediklərini deyənlər də. Uzun müddətdir balıq satışı ilə məşğul olan İlkin Novruzov bildirib ki, hazırda bazarda kifayət qədər alıcı və balıq mövcuddur.
Qida üzrə mütəxəssis Ağa Salamovun sözlərinə görə, balıq ayından və günündən asılı olmayaraq hər zaman yeyilə bilər.
Mütəxəssis onu da əlavə edib ki, hazırda balıq ovuna qoyulan qadağa səbəbi ilə yerli balıq olmadığından xaricdən gətirilən balıqlar üstünlük təşkil edir. Əgər saxlanma və daşınma qaydalarına düzgün əməl olunubsa, həmin balıqlar insan sağlamlığı üçün heç bir təhlükə daşımır.
Ətraflı “Xəzər Xəbər”in süjetində: