“Afrika artıq yatmış nəhəng deyil, o, yüksəlir və tezliklə şir kimi nərildəyəcək”.
Bunu Zimbabve prezidenti Emmerson Mnanqaqva Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində TASS-a xüsusi müsahibəsində deyib.
“Əlbəttə, müxtəlif Afrika ölkələri fərqli sürətlə inkişaf edir. Ancaq günün sonunda Afrikanın artıq yatan nəhəng olmadığını görə bilərsiniz. O qalxır. O, şir kimi nərə çəkəcək və kiçik, onurğasız dövlətlər qorxacaq”, – Zimbabve lideri bildirib.
Qeyd edək ki, Zimbabve nəinki Afrikanın, eləcə də dünyanın ən kasıb ölkələrindən biridir. Bu ölkənin valyutası (dollar adlanır) o qədər dəyərsizdir ki, adi bir yumurtanın qiyməti 1 milyard dollardan çoxdur. Bununla əlaqədar olaraq beynəlxalq aləmdə belə bir zarafat var ki, Zimbabvedə hər kəs dollar milyarderidir, sadəcə, yerli dollarla.\\musavat\\