Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Almaniyaya işgüzar səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, səfər çərçivəsində nazirin 11-12 iyunda Berlin şəhərində keçiriləcək Ukrayna Bərpa Konfransında iştirak və çıxışı, habelə tədbir çərçivəsində ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.