Blinken yenidən Yaxın Şərqə gedir

ABŞ dövlət katibi Entoni Blinken bu gün Yaxın Şərqə səfərə yollanır.

İctimai Rəy qafqazinfo-ya istinadən xəbər verir ki, Blinken səfəri çərçivəsində Misir, İsrail, İordaniya və Qətərdə olacaq, bu ölkələrin yüksəkvəzifəli şəxsləri ilə görüşlər keçirəcək.

Bu, ötən ilin oktyabrında HƏMAS hərəkatının üzvlərinin İsrailə hücumundan sonra Blinkenin regiona 8-ci səfəridir.

Comments are closed.

Tərcümə »