Hakan Fidan Rusiyaya səfər edəcək

0

Türkiyə xarici işlər naziri Hakan Fidan 10-11 iyun tarixlərində Rusiya Federasiyasına səfər edəcək.

İctimai Rəy APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Hakan Fidan Moskvada bir sıra ikitərəfli görüş keçirəcək, həmçinin iyunun 11-də Nijni Novqorodda keçiriləcək BRİCS Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində baş tutacaq BRICS+ iclasında iştirak edəcək.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »