Millimizin Ermənistanla oyununun başlama vaxtı dəqiqləşdi

Azərbaycanın kişilərdən ibarət 3×3 basketbol millisinin Avropa Kubokunda Ermənistanla keçirəcəyi oyununun vaxtı bəlli olub.

BAKU.WS xəbər verir ki, görüş iyunun 8-də Kosovonun paytaxtı Priştina şəhərində baş tutacaq.

Matç Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.

Komandamız daha sonra eyni gündə daha üç matç keçirəcək. Yığma müvafiq olaraq, Kosovo, Kipr və Albaniya ilə qarşılaşacaq.

Comments are closed.

Tərcümə »