Fransa “Mirage 2000-5” qırıcılarının Ukraynaya təhvil verilməsini koordinasiya etməyi planlaşdırır və yayda ukraynalı pilotların təliminə başlayacaq.
Bunu Fransa Prezidenti Emmanuel Makron TF1 və “France 2” telekanallarına müsahibəsində deyib.
“Sabah biz əməkdaşlığın yeni formasına başlayacağıq və Fransadan Ukraynaya öz ərazisini və hava məkanını qorumağa imkan verən “Mirage 2000-5″ qırıcılarının tədarükünü elan edəcəyik. Buna görə də, sabahdan pilotların təliminə başlayacağıq, sonra isə bu təyyarələrin tədarükünü təmin edəcəyik”, – o bildirib.//Oxu.az