BMT İsraili “münaqişə zonalarında uşaqlara zərər verən” ölkələr siyahısına salıb

0

Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) oktyabrın 7-dən Qəzza zolağında minlərlə dinc sakini qətlə yetirən İsraili “münaqişə zonalarında uşaqlara zərər verən ölkələr və qruplar siyahısı”na əlavə edib.

İctimai Rəy “TRT Haber”ə istinadən bildirir ki, İsrael National News’in xəbərinə görə, BMT-nin baş katibi Antonio Quterreş məsələ ilə bağlı İsrailin Vaşinqtondakı hərbi attaşesi general-mayor Hedi Silbermanı məlumatlandırıb.

Quterreş Silbermana Rusiya və terror təşkilatları İŞİD, Əl-Qaidə və Boko Haram, eləcə də İsraili “münaqişə zonalarında uşaqlara zərər verən ölkə və təşkilatlar” qara siyahısına daxil etmək qərarına gəldiyini bildirib.

BMT-nin baş katibi Quterreşi bu addımdan əl çəkməyə inandırmaq üçün bütün cəhdlərində uğursuzluğa düçar olduğu bildirilən İsrail, gələn həftə açıqlanacaq qara siyahıya düşəcək.

Siyahıda İsrail Dövlətinin adının açıq-aydın qeyd olunmayacağı, lakin vəziyyətə görə məsul şəxsin “İsrail ordusu” olaraq təyin olunacağı təxmin edilir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »