Türkiyə polisi ölkədə terror təbliğatı aparan şəxsləri həbs edib.
Hadisə İzmirdə qeydə alınıb. Belə ki, İzmirdə sosial şəbəkədə terror təşkilatı PKK/KCK-nın təbliğatını apardığı iddia edilən 6 şübhəli saxlanılıb.
Üumilikdə isə İzmir Respublika Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən PKK/KCK-ya qarşı aparılan araşdırmalar çərçivəsində 10 nəfərin sosial mediada silahlı terror təşkilatlarının təbliğatını apardıqları iddiası ilə həbs qərarı çıxarılıb.
Qalan 4 şübhəlinin tutulması üçün işlər davam etdirilir.\\newscenter.az\\