Putin Şoyquya daha bir vəzifə verdi

0

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu hərbi-sənaye kompleksində işləri koordinasiya edəcək.

İctimai Rəy qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.

“Məsələlər çox müxtəlif olduğundan istehsalın rentabelliyini nəzərə almaq, Müdafiə Nazirliyinin müvafiq avadanlıq almasını təmin etmək lazımdır. Burada bütün bu işlərin müstəqil koordinatoru lazımdır. Bu koordinator Təhlükəsizlik Şurasının katibi olacaq”, – deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Rusiya Prezidentinin müvafiq əmri ilə Sergey Şoyqu müdafiə naziri postundan çıxarılaraq TŞ-nin katibi təyin edilib. MN rəhbərliyinə isə Andrey Belousov gətirilib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »