FTB: ABŞ “Crocus”-a edilən hücuma bənzər terror aktı ilə üzləşə bilər

0

ABŞ “Crocus City Hall”a edilən hücuma bənzər terror aktı ilə üzləşə bilər.

Bu barədə FTB-nin direktoru Kristofer Rey ABŞ Senatının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə bildirib.

Onun sözlərinə görə, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra bir sıra xarici terror təşkilatları amerikalılara və onların müttəfiqlərinə qarşı hücumlara çağırıb.

“Mart ayında Rusiyada konsert zalında baş vermiş hücuma bənzər mümkün koordinasiyalı hücumla bağlı narahatlıq artır”, – Rey qeyd edib.\\musavat.com\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »