Almaniya Rusiya ilə bağlı sensasiyalı qərara hazırlaşır

0

Ukrayna öz xalqının həyatını qorumaq üçün Rusiyanın hücumlarının qarşısını almalıdır və qadağa yalnız daha çox ukraynalının ölümünə səbəb olacaq.

İctimai Rəy  axar.az-a istinadən bildirir ki, bunu Almaniyanın vitse-kansler Robert Habek kansler Olaf Şoltsdan Rusiya ərazisinə Qərb silahları ilə zərbə endirilməsinə icazə verilməsini tələb edərkən bildirib.

O qeyd edib ki, gec qərar verilməsində Şoltsu günahlandırmaq olmaz:

“Bu yanlış sözdür. Qəbul edilməli olan son dərəcə çətin qərarlar var və buna görə də hər şeyi diqqətlə ölçmək yaxşıdır. Belə olan halda düzgün qərar verilir”.

Bildirilir ki, iyunun 6-da Almaniya kansleri Bundestaqda mövcud təhlükəsizlik vəziyyəti ilə bağlı hökumət bəyanatı verməyi planlaşdırır.

Qeyd edək ki, Almaniya Ukraynaya tədarük etdiyi silahlarla Rusiya ərazisinə zərbə endirməyin qatı əleyhdarı kimi çıxış edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »