Slovakiyanın Baş naziri Robert Fitso evində tibbi reabilitasiya kursu keçir.
“Report” “DennikN”ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini və müdafiə naziri Robert Kalinyak jurnalistlərə bildirib.
“Cənab Baş nazir Robert Fitso reabilitasiya kursundan keçir və sağalır”, – Kalinyak deyib. Onun sözlərinə görə, bərpa prosesi ən azı bir neçə həftə davam edəcək.
Bundan başqa, Slovakiya Milli Şurasının (parlament) sədr müavini Lyuboş Blaxa qeyd edib ki, hökumət başçısı bir aydan sonra Çinə planlaşdırılan səfərə gedə bilər.
Xatırladaq ki, ötən ay Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub.