Özünü göydələndən atdı: özü də öldü, komendant da

Bakıda dəhşətli intihar hadisəsi olub.

İctimai Rəy Lent.az-a istinadla xəbər verir ki, hadisə bir neçə dəqiqə əvvəl Nizami rayonu ərazisində, “Siyaqut” şadlıq sarayının yaxınlığında qeydə alınıb.

Adı hələlik məlum olmayan gənc oğlan çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. Bu zaman o, həmin binadan çıxan bir nəfərin üzərinə düşüb. Həmin şəxsin komendant olduğu bildirilir.

Nəticədə binadan özünü atan və komendant yerindəcə keçiniblər.

***

Bakıda dəhşətli intihar hadisəsində sonra ölənlərin kimlikləri məlum olub.

Oxu.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Yaftum Yaşar oğlu Orucov çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atıb. O, 1972-ci il təvəllüdlü Namiq Abi oğlu Məmiyevin üzərinə düşüb. Nəticədə hər iki şəxs yerindəcə keçiniblər.

Comments are closed.

Tərcümə »