İran bu statusu almaq üçün ərizə verdi

Avrasiya İqtisadi Komissiyasının kollegiya rəhbəri Bakıtjan Saqintayev İranın təşkilatda müşahidəçi ölkə statusu almaq üçün ərizə təqdim etdiyini açıqlayıb.

“Biz müvafiq ərizəni mayın 27-də almışıq, bunun üçün müvafiq prosedurlara başlayırıq”, – deyə Saqintayev Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.

Eyni zamanda, Belarusun baş naziri Roman Qolovçenko Aİİ-nin başqa ölkələrlə azad ticarət zonası qurulması ilə bağlı danışıqlara başladığını söyləyib.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusa malik ölkələrdən biri də Kubadır.\\musavat.com\\

Comments are closed.

Tərcümə »