Hindistanda keçirilən seçkilərdə dünya rekordu qeydə alındı

0

Hindistanda keçirilən ümumi parlament seçkisində 642 milyon seçici səs verib ki, bu da ümumi parlament seçkiləri üzrə dünya rekordudur.

Bu barədə ölkənin Seçki Komissiyasının rəhbəri Raciv Kumar məlumat verib.

“Hindistanda bu il dünya rekordu qeydə alındı. “Lok Sabha”ya (parlamentin aşağı palatası) seçkidə 312 milyon qadın daxil olmaqla, 642 milyon seçici iştirak etdi”, – deyə Kumar bildirib.

“642 milyon seçici apatiya əvəzinə hərəkət etməyə, ədəbsizlik əvəzinə inama üstünlük verdi. Biz bu demokratiya bayramında iştirak edən hər kəsə təşəkkür edirik”, – deyə Seçki Komissiyasının rəhbəri qeyd edib.

Onun sözlərinə görə, dünyanın ən böyük seçki kampaniyasına seçki komissiyalarının və təhlükəsizlik xidmətlərinin 15 milyon işçisi cəlb edilib.

Raciv Kumarın sözlərinə görə, respublikada seçkidə “Böyük yeddilik” ölkələri ilə müqayisədə 1,5 dəfə, Aİ-nin bütün 27 ölkəsindən isə 2,5 dəfə çox insan səs verib.

“Hindistan seçicilərinin inanılmaz gücü də məhz bundadır”, – deyə o əlavə edib.//Oxu.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »