Almaniyada daşqın dəmir yollarını iflic etdi

0

“Deutsche Bahn” dəmir yolu operatoru sərnişinləri daşqın səbəbindən Almaniyanın cənubunda qatar səfərlərini təxirə salmağa çağırıb və artıq bir çox reysləri ləğv edib.

Şirkət öz internet səhifəsində verdiyi açıqlamada, fırtınanın vurduğu ziyan nəticəsində Ştutqart və Münhenin böyük şəhərləri arasında uzaq məsafəli qatarların hərəkət etmədiyini bildirib.

“Biz Bavariya və Baden-Vürtemberqin daşqından zərərçəkmiş bölgələrinə səyahət etməməyi tövsiyə edirik”, – məlumatda deyilir.

Qeyd edək ki, Bavariyanın Dunay sahilində yerləşən, 150 mindən çox əhalisi olan dördüncü ən böyük şəhəri Regensburqda daşqın səbəbindən fövqəladə vəziyyət elan edilib.

Ərazidə Dunay çayının qolu olan Paar çayı üzərindəki bənd artıq üç yerdən qırılıb.

Bu çayın sahilində yerləşən Baar-Ebenhauzen və Mançinq şəhərlərində sakinlər evakuasiya edilirlər.//Oxu.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »