Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Amerika Prezidenti Co Bayden Ukraynanın ABŞ silahları ilə Rusiya ərazisinə endirdiyi zərbələrin nəticələrinin fərqindədir.
APA xəbər verir ki, Kirbi bunu “ABC” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Bayden məsələ ilə bağlı idarələrarası qrup müzakirələrini nəzərdən keçirib.
“Bu tələbin bütün nəticələrini başa düşdü və sonra onu təsdiqlədi”, – Kirbi vurğulayıb.