Kimlərə valerian dərmanı olmaz – Zərərləri

0

Dərman pişikotu – valerian ürək-damar və sinir, əsəb sistemi xəstəliyi olanların əli altında sevimli vasitələridir.

Bitki tərkibli də olsa, bu dərmanın da zərərləri var.

Kimlərə valerianın faydasından çox zərəri ola biləcəyini təqdim edirik.

– Çox yaşlı adamlara olmaz – çünki valerian qanın laxtalanmasını artırır. Bu da öz növbəsində insult, infarkt, tromb yaranmasına səbəb ola bilər

– Yüksək təzyiq xəstələri – müntəzəm olaraq bu dərmanı qəbul etdikdə, sinir sistemi əksinə oyanıq olur və yuxusuzluq baş verir

– Qaraciyər xəstəliyi olanlar, böyrək xəstəlikləri, enterokolit, nefrit xəstəliklərində olmaz

– Ağır depressiya, cinsi zəiflik, erektil disfunksiyası, psixi pozuntuları olanlar həkim məsləhəti olmadan valerianı qəbul etməməli və başqa dərmanlarla birgə qarışdırmamalıdır

– Allergiyası olanlara

– Hamilə qadınlara

Nəzarətsiz, müntəzəm və çox valerian qəbulu zəhərlənməyə səbəb ola bilər: bu zaman baş ağrısı, baş gicəllənmə, təzyiqin aşağı düşməsi, yuxu, aşağı temperatur, ürəkbulanma, nəfəsdə çətinlik kimi simptomlar verə bilər.

Yaşlı və xəstə insanları hətta komaya sala bilər. /medicina.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »