İsrail Qəzza zolağında “HƏMAS”a hakimiyyətinə alternativ axtarır

0

İsrail Qəzza zolağında radikal HƏMAS hərəkatının hakimiyyətinə başqa qüvvələrin də cəlb olunması ilə alternativ axtarır.

Bu sözləri İsrailin müdafiə naziri Yoav Qalant Cənub Komandanlığının qərargahında keçirdiyi görüş zamanı deyib.

“Biz HƏMAS-ın Qəzza zolağında hakimiyyətinə alternativ axtarırıq, bunun çərçivəsinə ərazilərin təcrid edilməsi, HƏMAS yaraqlılarının bu ərazilərdə məhv edilməsi və bizə hakim alternativ yaratmağa imkan verəcək digər qüvvələrin cəlb edilməsi daxildir”, – Qalant bildirib.

O əlavə edib ki, Rafah əməliyyatı yerin üstündə və altında davam edir:

“Əsgərlərimiz Qəzza zolağı ilə Misiri birləşdirən xətləri və “HƏMAS”ı məhv etməkdə qərarlıdır. Terror təşkilatı özünə gələ bilməyəcək, güclənməyəcək, silahlana bilməyəcək”.//Report

Leave A Reply

Your email address will not be published.

Tərcümə »