Ermənistan Azərbaycanla sülh sazişinin tezliklə imzalanması üçün hər şeyi edir.
“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə baş nazir aparatının rəhbəri Arayik Arutyunyan məlumat verib.
“Sənəddə erməni tərəfinin maraqları da nəzərə alınmalıdır”, – o bildirib.
A.Arutyunyan əmindir ki, sazişin imzalanması Ermənistan və bütövlükdə regionda sülh üçün daha ciddi təminatlar yaradacaq.