Biləsuvarda saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitələr aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirlər nəticəsində Bəhmən Əhmədov saxlanılıb. Ondan ümumilikdə 7 kiloqramdan artıq heroin, tiryək, həşiş qətranı və marixuana, əlavə olaraq 118 ədəd metadon həbi aşkarlanaraq götürülüb.
Araşdırmalar aparılır.