Azərbaycan Həmrəylik Komitəsinin (AHK) sədri, Qarabağ qazisi Əlisahib Hüseynov 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə balaca soydaşlarımızı təbrik edib.
AHK Mətbuat xidməti bildirir ki, təbrikdə deyilir:
“1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün Azərbaycan uşaqlarını ürəkdən təbrik edirəm. Qalib Azərbaycanımızın bütün körpələrinə, o cümlədən əziz şəhidlərimizin övladlarına, “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağdakı, Şərqi Zəngəzurdakı evlərinə qayıdan hər bir uşağa bol sevinc və xoşbəxtlik arzulayıram.
Qoy, üzünüzdən təbəssüm, qəlblərinizdən dostluq və həmrəylik hissi heç vaxt əskik olmasın, əziz uşaqlar!
Bayramınız mübarək!
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri”
Comments are closed.