Rusiya və Ukrayna ölən hərbçilərin meyitlərini dəyişdirib, 45 meyit Rusiya tərəfinə, 212 meyit isə Ukrayna tərəfinə qaytarılıb.
“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın hərbi əsirlərin müalicəsi üzrə koordinasiya qərargahı məlumat yayıb.
Məlumata görə, Rusiya və Ukrayna hərbçilərinin meyitlərinin sonuncu mübadiləsi aprelin 26-da baş tutub. Nəticədə 36 hərbçinin meyiti Rusiyaya, 140-ı isə Ukraynaya verilib.