Ermənistan KTMT-nin iclasına qatılmadı

0

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə nazirlərinin Almatıda keçirilən iclasında iştirak etmir.

İctimai Rəy APA-ya istinadən bildirir ki, bu barədə təşkilatın katibliyindən bildirilib.

“Lakin görüşdə qəbul edilən qərarlara etiraz bildirməyəcək”. – məlumatda vurğulanır.

Qeyd edək ki, hazırda Almatıda KTMT müdafiə nazirlərinin görüşü baş tutur. Görüşdə Qazaxıstan, Rusiya, Belarus Qırğızıstan və Tacikistan müdafiə nazirliklərinin rəhbərləri iştirak edir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »