Hicran Hüseynova: erkən nikah qadağandır və bu adla hansısa akt icra olunursa, tərəflər məsuliyyət daşıyırlar
Nikah yaşına çatmayanlarla dini kəbinin kəsilməsi qadağan edilir
Azərbaycanda nikah yaşına çatmayanlarla dini kəbinin kəsilməsi qadağan edilir. Uşaq hüquqları ilə bağlı qanun layihəsi artıq aidiyyəti qurumların rəy mərhələsindədir.
Qanun layihəsində uşaqlarla bağlı inzibati və məhkəmə icrası ilə əlaqədər yeni tələblər yer alıb. Yeniliklərə əsasən, qanunla nikah yaşına çatmayan şəxslərə dini kəbinin kəsilməsi qadağan ediləcək.
İctimai Rəy xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Xəzər Xəbər”ə açıqlamasında qeyd edib ki, bu sahə ilə bağlı qanunların yenilənməsinə ehtiyac var.
Hicran Hüseynova qeyd edib ki, erkən nikah hallarının statistikası mövcuddur. Qanunvericiliklə erkən nikah qadağandır və bu adla hansısa akt icra olunursa, tərəflər məsuliyyət daşıyırlar.