Gürcü spiker prezidentin yerinə qanunu özü imzalayacağına söz verib

0

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili güman edir ki, ölkə prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanunu imzalamayacaq, ona görə də mayın 29-da onun yerinə bunu özü edəcəyini bəyan edib.

İctimai Rəy Musavat.com-a istinadla xəbər verir ki, spiker xarici agentlər haqqında qanunun bir gün əvvəl, mayın 28-də prezident administrasiyasına göndərildiyini xatırladıb.

“İndi biz imza gözləyirik. Aydındır ki, böyük ehtimalla o (Zurabişvili) bunu imzalamayacaq. Müvafiq olaraq, mən bu qanunu imzalayacağam”, – Papuaşvili mətbuat konfransında deyib.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »