Ukrayna ordusu rusların daha bir hücumunu dəf etdi

0

Ukrayna müdafiə qüvvələri Xarkov vilayətinin Liptsi istiqamətində Rusiya ordusunun hücumunu dəf edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı xüsusi hesabat yayımlayıb.

Məlumata əsasən, mayın 26-da gün ərzində ruslar bu istiqamətdə 191 əsgər itirib. Bundan başqa, Ukrayna əsgərləri 2 tank, 2 artilleriya sistemi, 9 PUA, 11 maşın və 7 xüsusi texnikanı sıradan çıxarıb. Rusların 24 sığınacağının da vurulduğu rəsmi məlumatda yer alıb.

Kupyansk istiqamətində günün əvvəlindən Rusiya ordusu dörd dəfə taktiki vəziyyəti yaxşılaşdırmağa cəhd edib. Petropavlovka ərazisində isə vəziyyət gərginləşib. Stepnaya Novoselovka və Nevskoye yaşayış məntəqələrində hücumlar dəf edilib. Hazırda Grekovka ərazisində şiddətli döyüşlər gedir. Ukrayna Baş Qərargahı ümumi vəziyyətin nəzarət altında olduğunu bildirib.\\musavat\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »