Lukaşenkodan Azərbaycan açıqlaması: “Maraqlı təklifim var, Putinlə…”

0

Bu gün Belarus və Rusiya prezidentləri hökumət üzvlərinin iştirakı ilə təhlükəsizlik məsələləri və iqtisadi mövzuları müzakirə edəcəklər.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə Minskdə keçiriləcək görüşdən öncə deyib.

Putinin Çinə son səfərinə işarə edən Lukaşenko Pekinlə qarşılıqlı fəaliyyət kontekstində də münasibətləri müzakirə etməyi planlaşdırdıqlarını açıqlayıb.

“Düşünürəm ki, Si Cinpin bu məsələləri müzakirə etməyimizdən məmnun olacaq. Regionumuzla bağlı çox maraqlı təkliflərim var və Azərbaycana səfərimiz zamanı Qafqaz bölgəsi ilə bağlı çox ciddi müzakirələr apardıq”, – Belarus lideri bildirib./Teleqraf.com

Leave A Reply

Your email address will not be published.

Tərcümə »