Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri və hərbi attaşelərin mayın 24-də Laçına səfəri başlayıb.
İctimai Rəy Trend-ə istinadən xəbər verir ki, səfər proqramında iqamətgahı Bakıda yerləşən səfirlik və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Səfərin məqsədi “Lachin Climate Action Dialogue”da iştirak etməkdir. Artıq Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda diplomatik korpusun üzvləri və hərbi attaşelərin iştirakı ilə keçirilən “Lachin Climate Action Dialogue” forumu işinə başlayıb.
———
Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri və hərbi attaşelərin mayın 24-də Laçına səfəri başlayıb.
İctimai Rəy APA-ya istinadən bildirir ki, səfər proqramında iqamətgahı Bakıda yerləşən səfirlik və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Səfərin məqsədi “Lachin Climate Action Dialogue”da iştirak etməkdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan özünün tarixi ərazi bütövlüyü təmin edib, konflikt artıq bitib: “Biz burada gələcək haqqında danışacağıq. Laçın Həkəri sahilində yerləşən yaşayış məkanıdır, həm də Ermənistanla sərhəddə yerləşir. Sərhədin digərin tərəfində Ermənistan bayrağını görə bilərsiniz. Qeyd etdiyim kimi konflikt artıq keçmişdə qaldı. Artıq sülh dövrüdür. Bəli, bu çətin prosesdir”.
Azərbaycanın COP29- a ev sahibliyi edəcəyini vurğulayan Hikmət Hacıyev bildirib ki, bütün ərazilərdə olduğu kimi işğaldan azad olunan ərazilərdə də yaşıl enerjiyə üstünlük verilir: “Azərbaycanın bunu tətbiq etməyə böyük imkanları var. COP komandasına qarşıda gözləyən böyük işlərə görə uğurlar arzulayıram”.
———-
Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən hərbi attaşelərin mayın 24-də Qarabağa və Şərqi Zəngəzura növbəti səfəri başlayıb.
İctimai Rəy report.az-a istinadən xəbər verir ki, Laçına səfər edəcək diplomatik korpusun üzvləri Zəngilan Beynəlxalq Hava Limanına çatıblar.
Buradan Laçına yola düşəcək iqamətgahı Bakıda yerləşən səfirlik və beynəlxalq təşkilatların nümayəndələri səfər çərçivəsində orada COP29-la əlaqədar təqdimat mərasimində iştirak edəcəklər.
Həmçinin diplomatik korpus nümayəndələri Laçın şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış olacaqlar. Bu çərçivədə Zerti Aqro- Sənaye Parkını və Hoçazfilm kinopavilyonunu ziyarət, həmçinin Həkəri çayına balıqların buraxılması planlaşdırılır. Bundan sonra isə “Xalça belə yarandı” adlı sərginin açılışı nəzərdə tutulub.
Comments are closed.