Tanınmış jurnalist vəfat etdi – FOTO

0

Azərbaycan mətbuatının tanınmış simalarından olan respublikamızın əməkdar jurnalisti, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin üzvü Bəbir Hüseynov 91 yaşında vəfat edib.

İctimai Rəy xəbər verir ki, Mətbuat Şurası bununla bağlı nekroloq yayıb.

Mətbuat Şurası mərhumun doğmalarına və əzizlərinə, sənət dostlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, Hüseynov Bəbir Qüdrət oğlu 1932-ci ildə Ağdam rayonunda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunu olmuş Bəbir Hüseynov 1979-cu ildən “Ağdam” qəzetinin redaktoru kimi çalışıb.

Allah rəhmət eləsin!

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »