Bu gün Təbrizdə bütün dövlət qurumları bağlı olacaq.
Bu barədə Təbriz şəhərinin başçısı Yunis Fateh məlumat yayıb.
“Şərqi Azərbaycan əyalətinin valisi Malik Rəhməti və Təbrizin cümə imamı Məhəmmədəli Ali-Haşimin dəfn mərasiminin keçirilməsi ilə bağlı verilən qərara əsasən, mayın 23-də Təbriz şəhərində heç bir dövlət qurumu fəaliyyət göstərməyəcək”, – Yunis Fateh əlavə edib.\\axar.az\\