Rusiyanın ordusunun gün ərzində Xarkovu S-300 raketləri ilə hədəfə alması nəticəsində 7 nəfər ölüb, 16 nəfər yaralanıb.
İctimai Rəy APA-ya istinadən bildirir ki, bunu vilayətin Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov şəhər meri İqor Terexovla birgə mətbuat konfransında bildirib.
O deyib ki, hava reydi zamanı mülki infrastruktura ciddi ziyan dəyib, habelə bir mətbəənin binası yararsız hala salınıb.