Çin hakimiyyəti avtomobil istehsalçılarına ABŞ çiplərindən qurtulmağı tapşırdı

0

Çin hakimiyyəti ölkənin ən böyük avtomobil istehsalçılarını 2025-ci ilə qədər avtomobillərdə yerli çiplərin payını 25 faizə çatdırmağa çağırıb.

İctimai Rəy xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, bu, ABŞ-ın öz məhsullarının Çinə çatdırılmasına qarşı tətbiq etdiyi məhdudiyyətlərlə bağlıdır.

Çin avtomobil bazarında hər il 30 milyondan çox avtomobil satılır ki, bu da qlobal satışların demək olar ki, üçdə birini təşkil edir. Lakin bu avtomobillərdə Çin çiplərinin payı 10 faizdən azdır. Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin ilk növbədə SAIC Motor, BYD, Dongfeng Motor, GAC Group və FAW Group şirkətlərinə ünvanlanmış tövsiyələrinə əsasən, avtomobil sənayesi üçün yerli çiplərin satınalma payı gələn il 20-25 faiz artmalıdır.

Qəzet həmsöhbətlərdən birinə istinadla bildirir ki, son nəticədə “avtomobillərdə yalnız yerli istehsal olan çiplərdən istifadə etmək” planlaşdırılır.

ABŞ daha əvvəl bu il Çin elektrik avtomobillərinə tarifləri 100 faiz, 2025-ci ildə isə Çin istehsalı olan yarımkeçiricilər üçün tarifləri 50 faizə çatdırmağı planlaşdırdığını açıqlamışdı.\\musavat.com\\

Leave A Reply

Your email address will not be published.

Tərcümə »