Prinsip etibari ilə hamı maraqlıdır ki, xərclərin ümumi daxili məhsulda çəkisi artırılsın. Bu gün 2023-cü ilin nəticələrinə baxsaq, söhbət 30 faizdən gedir, yəni 30 faizdən bir qədər də yuxarı. Amma bu dövlət büdcəsidir. İcmal büdcəni biz götürsək, daha yüksəkdir, nisbət 34,5 faizdir haradasa.
İctimai Rəy Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
O qeyd edib ki, artıq Prezident tərəfindən Milli Məclisə 2024-cü ilin dövlət büdcəsinin yenidən baxılması ilə bağlı qanun layihəsi göndərilib.
“Həmin qanun layihəsi qəbul edildiyi təqdirdə, bizim dövlət büdcəsi xərclərinin xüsusi bu gün, hal-hazıra proqnozlaşdırılan ÜDM-də 34 faizə çatıdırılacaq. Yəni bu kifayət qədər yüksək artımdır. Amma yenə də deyirəm biz əhəmiyyətli xərc atımına gedirik. Bunu gərək etiraf edək”, – deyə nazir əlavə edib.