Azərbaycanda filialı olan Türkiyə bankı satışa çıxarıldı

0

Türkiyənin “Koç Holdinq”i “Yapı Kredi Bank”ın səhmlərinin satışı üçün “First Abu Dhabi Bank” ilə danışıqlara başlayıb.

Məsələyə yaxın mənbələr qiymətlə bağlı danışıqların davam etdiyini və razılaşma əldə olunarsa, əməliyyatın həcminin 8 milyard dollar civarında ola biləcəyini bildiriblər.

Xəbərlə əlaqədar açıqlama verən “Koç Holdinq” danışıqların davam etdiyini, lakin ictimaiyyətə açıqlama tələb edən hər hansı bir razılaşma olmadığını bildirib.//Oxu.az

Leave A Reply

Your email address will not be published.

Tərcümə »